Böyük Qumlu səhra

Böyük Qumlu səhra
20°00′00″S 125°00′00″E / 20.00000°S 125.00000°E / -20.00000; 125.00000Koordinatlar: 20°00′00″S 125°00′00″E / 20.00000°S 125.00000°E / -20.00000; 125.00000
Ölkə  Avstraliya
Sahəsi 360,000 km²
Böyük Qumlu səhra
Böyük Qumlu səhra Commonsda

Böyük Qumlu səhra (ing. Great Sandy Desert) və ya Qərbi səhra — qum və şoranlıqdan ibarət olan səhra Avstraliyanın şimal-qərbində (Qərbi Avstraliya ştatı) qərarlaşır.

Səhra 360 000 km² sahəyə malik səhra, Kanninq hövzəsi kənarındadır[1]. Qərbdən 900 km şərqdə Səkkizmillik çimərlikdən Hind okeanı sahillərindən Şimal ərazisindəki Tanami səhrasına keçir.

Cənub hissədə hündürlük 400–500 m, şimalda isə 300 metrdir. Ərazisinin bir hissəsini Dyunlar təşkil edir. Burada dyunların orta hündürlüyü 10-12 metr, maksimal hündürlük isə 30 metrdir. Bəzi dyunların uzunluğu 50 km qədər uzanır. Ərazidə şoranlıqlar geniş sahə tutsada bu soran-göllər nadir hallarda dolur: cənubda Disappoyntment, şərqdə Makkay, şimalda Qreqori. Şoran göllər Stert-Krik çayı ilə qidalanır.

Böyük Qumlu səhra Avstraliyanın ən isti regionudur. Dekabrdan fevral ayına qədər temperatur 35 °C, qışda isə 20-15 °C təşkil edir. Şimalı mussonların təsirinə məruz qaldığından yağıntının miqdarı 450 mm təşkil edir. Cənubda doğru quraqlıq artır və yağıntının miqdarı 200 mm olur.

Səhra başdan başa qırmızı qumla örtülüdür. Krerofit bitkilər ərazinin böyük hissəsini əhatə edir. Dyunlar arası gilli suxurlar üstünlük təşkil edir. Şimalında Evkalipt, cənubunda isə Akasiya bitkilərinə rast gəlmək olar.

Səhranın demək olar ki, daimi əhalisi yoxdur. Bircə aborigen karaderi və nqina qəbilələri istisnadır. Səhrada faydalı qazıntıların olması ehtimalı yüksəkdir[2]. Səhranın mərkəzində Rudal-River, cənubundə isə YUNESCO Ümumdünya irsi siyahısına daxil olan Uluru-Kata Tyota Milli Parkı yerləşir.

Səhranı ilk dəfə şərqdən qərbə keçən avropalılar 1873-cü ildə Piter Eqerton Uorbertonun rəhbərliyi ilə keçmişlər[1]. Səhradan Kanninq sürü yolu keçir (ing. Canning Stock Route). Vulf-Krik meteoriti səhranın şimal-şərqində yerləşir.

İstinadlar[redaktə | əsas redaktə]

  1. 1,01,1 Great Sandy Desert (desert, Australia) — Britannica Online Encyclopedia
  2. Great Sandy Desert

Mənbə[redaktə | əsas redaktə]

Dieser Artikel basiert auf dem Artikel Böyük Qumlu səhra aus der freien Enzyklopädie Wikipedia und steht unter der Doppellizenz GNU-Lizenz für freie Dokumentation und Creative Commons CC-BY-SA 3.0 Unported (Kurzfassung). In der Wikipedia ist eine Liste der Autoren verfügbar.