Fantastika

Qulliverin səyahəti. Fantastik satira. XVIII əsr.

Fantastika (yunanca: phantastike - incəsənət təsəvvür etmək)[1] — xəyalda yaranan fikirlər, təsəvvürlər, gerçəkliyin mübaliğəli və ya fövqəltəbii şəkildə təsviridir[2]. Fantastika adətən gələcəyi, qeyri-adi texnoloji inkişafı, başqa planetlərdəki varlıqları təsvir edən, bir də bütün bunların fonunda həm realistik, həm də romantik mənzərə yarada bilən ədəbiyyat janrıdır. Ədəbiyyatla yanaşı fantastika həm də kino, rəssamlıq və digər incəsənət sahələrinində əsas yaradıcılıq metodlarından biri hesab olunur. Fantastlar öz əsərlərində daim yeni texnologiya, robortlar "icad" etməyə, insanlığın gələcəyini öncədən görməyə cəhd edirlər. Fantastikanın fentezi, magik realizm, elmi fantastika, qorxu və s istiqamətləri vardır. Onların arasında fentezi məşhur ingilis yazıçısı Con Tolkinin sayəsində ayrıca bir janr kimi inkişaf etmiş, elmi fantastika isə fantastika janrının əsas istiqamətlərindən biri olmuşdur[3]

Fantastik janrın tarixi[redaktə | əsas redaktə]

Fntastikanın köklərini çox qədimlərdən başlayaraq Homer, Diogen, Apuley, Petroni kimi antik şairlərin, Kretyen de Trua, Tomas Melori, Ariosto kimi orta əsr yazıçılarının, Miqel de Servantes, Fransua Rable, Tomas Mor, Tomazzo Kampanella, Frensis Bekon, Con Milton, Dante kimi renesans dövrü ədiblərinin, Conatan Svift, Sirano de Berjerak, Tobias Smollet, Hans Xristian Andersen (uşaq fantastikası), İohann Volfqanq Göte, Moris Meterlink, Aleksandr Blok kimi XVII-XIX əsr klassiklərinin əsərlərində bu janır üstünlük təşkil edir. Ancaq fantastika janrı bu günkü şəklini məhz XIX-XX əsrlərdə elmi fantastikanın inkişafı ilə aldı.

Bu, ilk növbədə, fransız yazıçısı Jül Vernin əsərləri ilə başlandı. Daha sonra Herbert Uells, Artur Konan Doyl, Aleksandr Belyayev, Aleksey Tolstoy və daha gec nəslin nümayəndələri – Rey Bredberi, Ayzek Əzimov, Robert Xaynlayn kimi yazıçıların əsərləri ilə daha da inkişaf etdi.

Antik ədəbiyyatda fantastika[redaktə | əsas redaktə]

Fantastik səyahətlərin ilk nümunələrindən biri kimi Kallisfenin "Böyük İsgəndərin tarixi" romanını misal çəkmək olar. Əsərdə qəhramanın nəhənglər, cırtdanlar, adamyeyənlər, çirkinlər ölkəsinə düşməsi təsvir olunur. Bu ərazilər öz fərqli təbiyyəti, qəribə heyvan və bitkilərinə görə fərqlənir. Əsərdə daha çox Hindistanın möcüzəli yerlərinə, braxmalara və fərqli geyimli müdrüklərə yer ayrılır.

Lukianın "Gerçək tarix" əsəri fantastika janrının tarixində mühüm mərəhələ olmuşdur. Müəllif kosmik effektlərin çox olması məqsədi ilə əsərini inanılmaz hadisələrlə yükləmiş, "möcüzəvi ölkənin" fauna və florasını inandırıcı uydurmalarla zənginləşdirmişdir.[4]

Min bir gecə.Sindibadın 5 -ci dəniz səfəri.Qustav Dore.1865.

Orta əsr ədəbiyyatında fantastika[redaktə | əsas redaktə]

XII əsrdən başlayaraq sehirli nağıl motivləri tədricən qəhramanlıq haqqında dastanlarda yer almağa başlayır. Kretyen de Truanın "Qədəh haqqında povesti" qəhramanlıq romanı olsada yetərincə fantastik hadisələrlə zəngindir. Tomas Melorin Kral Artur haqqında yazdığı "Kral Artur və dairəvi stol cəngavərləri" romanıda fantastik əsər nümunələrindən biridir.[5]

Min bir gecə nağıllarınıda orta əsir fantastik janr nümunələri kimi göstərmək olar. Baxmayaraqq ki, o qədərdə fantastik elmentlərlə zəngin deyil.[6] Nağılda Sindibadın səyahətləri daha çox diqqəti çəkir. Sindibad möcüzəli adalara yeddi səyahət zamanı əcaib varlıqlarla qarşılaşır, bədheybət məxluqlarla mübarizə aparır. Bu motivlər sonradan qərb kino şirkətləri üçün mövzu mənbəyi oldu.[7]

Don Kixotun və Sanço Pansanın dəyirmanla uğursuz döyüşü.Qustav Dore

İntibah dövrü fantastikası[redaktə | əsas redaktə]

Bu dövürdə yazılmış bir çox əsərlərin fantastika jandrına aid edilib edilməməsi mübahisə mövzusu olmuşdur. Bu əsərlərdən daha çox Dantenin "Trilogiyasını" , Fransua Rablenin nəhənglər haqqında tarixçəsini ("Qarqantua və Pantaqruel"), Kampanella və Tomas Morun utopiyalarını misal göstərmək olar. Lakin heç bir şübhə yoxdur ki, bu əsərlər fantastika janrının inkişafına xeyli təsir göstərib.

Frensis Bekonun "Yeni Atlantida"sı daha çox diqqəti cəlb edir. Əslində bu əsər elmi fantastikanın ilk nümunəsi hesab olunur.[8] Bekon Bensalem adasında utopik cəmiyyət təsvir etmiş və bu adada uydurma Salomon evini, elmi texniki təşkilatının fəaliyyətini göstərmişdir. Maraqlı olan odur ki, Solomon evi ideyyası sonradan London Kral Cəmiyyətinin yaradılmasında böyük rol oynamışdır.[9]

İntibah dövründə ki, fantastik janrının inkişafı Servantesin Don Kixot romanı ilə yekunlaşır. Don Kixot özünü titan (bahadur) hesab etdərək dünyanın xilas edə biləcəyini düşünürdü. Əsər əslində cəngavərlik romanlarına qarşı yox, bütünlüklə İntibah dövrünə qarşı yönəldilmişdir.[10]

XVII və XVIII əsr fantastikası[redaktə | əsas redaktə]

XVII- XVIII əsrlərdə ədəbiyyatda klassisizm hakim mövqedə idi. Hansı ki, fantastika janrı üçün yad idi. Tədricən fantastika bütün janrlarda xidməti funksiya daşımağa başladı: "Qulliverin səyahəti" ideoloji satirasında, Alen Röne Lesaj hiyləğərlik mövzusunda olan "Əlil cin" romanında. Daha qabarıq fantastik janrın nümunəsi kimi Amadey Hofmanı əsərlərini misal göztərmək olar: "İblis eleksiri", "Şelkunçik və siçanlar padşahı".[11]

XIX əsr fantastikası[redaktə | əsas redaktə]

XIX əsr fanatastikası ilk növbədə elmi-fantastik janrın meyadana gəlməsi ilə xarakterizə olunur. Edqar Ponun(Çuxur və kəfkir, Aşerlər evinin süqutu) navatorluğu ilə başlanan bu janr sonrada daha yüksək səviyyəsini almışdır. Realizm epoxasında yazdığı fantastik əsərlər nəticəsində Jül Vern elmi fantastikanın "atası" hesab olundu.(Yerin mərkəzinə səyahət, 20 000 lye su altında, Yerdən Aya, 80 gün dünya ətrafında). Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, yerin dərinliklərinə səyahət və bu səpgili macəralar əsərlərində geniş yer alınmışdır.

XX-XXI əsr fantastikası[redaktə | əsas redaktə]

Hakimiyyət üzüyü.( Üzüklərin hökmdarı romanının vərəqi fonunda.)

XX əsr üçün fantastika xarakterik və geniş miqyaslı janr hesab olunur. Bu əsrdə fantastik janrın inkişaf üçün müxtəlif variantlar ortaya çıxıd, fərqli stil və mövzularda yazan istedadlı yazıçılar bu sahəyə öz damğazsını vurdular. XX əsrin ilk yarısı elmi fantastikanın çiçəklənməsi ilə xarakterizə olunur. Daha çox ingilis Herbert Uellsin əsərləri diqqət çəkir (Dünyalar döyüşü, Görünməz adam, Moreaunun adasıZaman maşını). Elmi fantastika janrına daha çox kosmosun tədbiqinə cəhd göstərilir, elmi texniki inkişafının öncədən qabaqlanmasına çalışılırdı. Keçmiş SSRİ-də Uellsin davamçıları kimi A.N.Tolstoyu ("Mühəndis Qarinin hiperboloidi", "Aelita") və Aleksandr Belyayevi ("Amfibiya adam", "Professor Douelin başı" göstərmək olar.

XX əsrin ortaları yeni nəsil fantastik yazıçılara olan ümüdlərin puç olması ilə yadda qaldı. Daha çox fantastika imzası altında antiutopiya - xəbərdarlıq, sosial satira tipli əsərlər dərc olunmağa başlandı. Bu məyusluq, geriləmə sonda yeni təkanın meydana gəlməsinə səbəb oldu. Nəticədə XX əsrın ikinici yarısında həm fantastika sahəsində, həm də fentezidə bum yaşandı. Hovard və Con Tolkinin ardınca bir çox yazıçılar yenidən orta əsr romantikasına, mifologiyasına və mistikasına müraciyyət etdilər. XX əsr həmdə fantastikanın tək ədəbiyyat janrı olmaması ilə yadda qaldı. Artıq ilk fantastik filimlərin çəkilişinə əsrin əvvələrindən belə başlanmışdır ("Aya səyahət".1902).[12]

Azərbaycan ədəbiyyatında fantastika[redaktə | əsas redaktə]

Azərbaycan ədəbiyyatında isə elmi-fantastik janrın ilk nümunəsi Yusif Vəzir Çəmənzəminlinin 1933-cü ildə yazdığı “Gələcək şəhər” hekayəsidir. Sonrakı illərdə Namiq Abdullayev (“Sehirli oğlan, “Balaca kiberin macəraları,” Gecələr uzanaydı, “Piyada vəzirə çevrilir”) və Emin Mahmudov (“Kainat gəmisi”, “Veneranın göyləri od içindədir”, “Qeyb olmuş səslər”, “Dəmir necə ayaq açdı”, “Zülmət dənizi”, “Ulduzlar yolumuzu gözləyir”, “Qüdrətli pillə“, “Günün nəfəsi”, “Atlant qızı“) fantastik janrda yazdığı kitabların müəllifləridir. Sonralar AYB sədri Anar da “Əlaqə” povesti ilə bu janra öz töhfəsini verdi və sözügedən əsər əsasında bədii film də çəkildi. Lakin sonrakı illərdə fantastika Azərbaycan ədəbiyyatından qeybə çəkildi.[13]

Müstəqillik dövr ədəbiyyatında ilk dəfə olaraq bu janrı sistemli olaraq Vüsal Nuru başlamışdır və davam etdirir. Yazıçı bu janrda 5 roman, müxtəlif hekayələr yazıb çap etdirmişdir. Maraqlıdır ki, qotik və qorxu (ujas, horoor) janrını sovet dövründən günümüzə qədər ilk dəfə Vüsal Nuru yazmışdır.[14]

Həmçinin bax[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. Толковый словарь Ушакова
  2. Fantastika
  3. Fantastika və fentezi janrlarının xüsusiyyəti
  4. Фантастика в античной литературе
  5. Поль Зюмтор. Опыт построения средневековой поэтики. СПб., 2002, с. 143.
  6. Елеазар Мелетинский, Введение в историческую поэтику эпоса и романа, М., 1986, с. 196.
  7. Min bir gecə Dəniz səyyahı Sindibadın nağılI
  8. http://kult.az/yeni/view/4540
  9. "НАУЧНЫЙ ОРДЕН" ФРЭНСИСА БЭКОНА: ЗАРОЖДЕНИЕ НАУЧНОГО ОБЩЕСТВА НОВОГО ТИПА
  10. ФАНТАСТИКА ВОЗРОЖДЕНИЯ
  11. История фантастики
  12. Фантастика вчера, сегодня, завтра
  13. http://modern.az/articles/35737/1/
  14. Lalə Həsənova. "Müasir Azərbaycan nəsrində qotik roman" Yayımlanıb: 13 Oktyabr 2015

Xarici keçidlər[redaktə | əsas redaktə]

Dieser Artikel basiert auf dem Artikel Fantastika aus der freien Enzyklopädie Wikipedia und steht unter der Doppellizenz GNU-Lizenz für freie Dokumentation und Creative Commons CC-BY-SA 3.0 Unported (Kurzfassung). In der Wikipedia ist eine Liste der Autoren verfügbar.